“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib

“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib
Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Gundeminfo.az xəbər verir ki, sənədə əsasən, “Sərhəd mühafizə orqanları haqqında” qanuna aşağıdakı dəyişikliklər olunub:

1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib;

24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib.

Dəyişikliklə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...