Bu fəaliyyət növlərinə verilən lisenziylar ləğv oluna bilər - Siyahı

Bu fəaliyyət növlərinə verilən lisenziylar ləğv oluna bilər -


Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin "APA-Economics"ə verdiyi məlumata görə, iclasda nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...