Azərbaycanlı alim Xarkov Universitetinin prorektoru təyin olundu

Azərbaycanlı alim Xarkov Universitetinin prorektoru təyin olundu


Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. Virtualaz.org Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinə istinadən bildirir ki, M.Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.

Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu olan elmlər doktoru, burada namizədlik və doktorluq dissertasiyaları mudafiə edərək elmi fəaliyyətini davam etdirib. 2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika Akadamiyalarının akademiki seçilən M.Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi böyük töhfələr və elmin inkişafı sahəsindəki xidmətlərinə görə həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları tərəfindən müxtəlif mükafatlarla təltif edilib.

M.Ömərov 2009-cu idən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışıb. Elmi-pedaqiji fəaliyyəti ilə yanaşı, diaspor sahəsində xeyli işlər görüb. Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bır sıra layihələr həyata keçirib. O, diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1130 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...