Fransa polisi azərbaycanlı jurnalistləri həbs etdi

Fransa polisi azərbaycanlı jurnalistləri həbs etdi


Araşdırmaçı-jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb. Virtualaz.org saytı xəbər verir ki, insident E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.

E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...