Platini vəzifəsindən kənarlaşdırılıb

Platini vəzifəsindən kənarlaşdırılıb


Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti Mişel Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb.

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib. Hələ dünən korrupsiyada günahlandırılan, FİFA İcraiyyə Komitəsinin üzvü olan Platininin 90 günlük müddətinə vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı. Xəbər özünü doğruldub və bu gün Platiniyə kəsilən cəza rəsmi şəkildə açıqlanıb.

FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bundan əlavə, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib. Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...