"Tam qərarımı verə bilməmişəm, yəni dairə ilə bağlı" - Razi Nurullayev

"Tam qərarımı verə bilməmişəm, yəni dairə ilə bağlı" -


"Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev bildirib ki, parlamet seçkilərində iştirak etmək fikri var.

Milli.az-ın əməkdaşı ilə söhbətində R.Nurullayev deyib: "Bununla bağlı yaxın günlərdə qərar verəcəyəm. Hələ ki, tam qərarımı verə bilməmişəm, yəni dairə ilə bağlı. Hələ ki, düşüncələr içindəyəm, müəyyən araşdırmalar aparıram".

"Bu gün ölkədə ciddi seçki ab-havasını görə bilmirəm. Amma seçkiyə qatılmaqla bağlı qərarım olsa, bütün hüquqi vasitələrdən istifadə edəcəyəm. Təbii ki, daha çox insanlarla təmasda olmağa, eyni zamanda müşahidəçilərin daha çox olmasına çalışacağam. Müxtəlif metodlardan istifadə edəcəyəm. Eyni zamanda, seçkiyə qatılmaqla düşünürəm ki, müəyyən pulsuz efir vaxtı da təqdim olunacaq. Pulsuz efir vaxtını da dəyərləndirmək və xalqla daha yaxından təmas qurmaq niyyətindəyəm", - deyə R.Nurullayev bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...