Pensiyaçılar üçün ən yaxşı və pis ölkələr - SİYAHI

Pensiyaçılar üçün ən yaxşı və pis ölkələr -


Pensiyachi reytinqiPensiyaçılar üçün ən yaxşı və pis ölkələrin adları açıqlanıb. Transparency.az xəbər Age İnternational təşkilatının hazırladığı reytinqin (Global AgeWatch) ilk 10 pilləsində bu ölkələr yer alır: İsveçrə, Norveç, İsveç, Almaniya, Kanada, Niderland, İslandiya, Yaponiya, ABŞ, Böyük Britaniya.

Azərbaycan reytinqə salınmayıb. Qonşu Gürcüstan 96 ölkə arasında 29-cu, Ermənistan 43-cü, Rusiya 65-ci, Türkiyə 75-ci yerdə dayanır. Keçmiş SSRİ məkanından Estoniya 23-cü, Latviya 35-ci, Litva 63-cü, Belarus 64-cü, Ukrayna 73-cü, Moldova 77-cidir.
Dünyanın 7 ən güclü dövləti (G7) siyahısında olan Fransa pensiyaçı reytinqində 16-cı, İtaliya 37-ci yerdə qərarlaşıb.
Reytinqin son pilləsini Əfqanıstan tutur. Age İnternational illik reytinqi pensiyaçıların səhhəti və həyat keyfiyyəti meyarlarına əsasən hazırlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...