"Boz Qurd" batalyonunun sabiq komandiri imza vərəqələrini götürdü

"Boz Qurd" batalyonunun sabiq komandiri imza vərəqələrini götürdü


Keçən günlərdə məlumat verərək bildirmişdik ki, keçmiş döyüşçü, Boz Qurd batalyonunun sabiq komandiri Nurəddin Xoca da qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir.

Bu barədə DİA.AZ-a danışan Nurəddin Xoca bildirib ki, artıq 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən imza vərəqələrini də götürüb.

Onun sözlərinə görə, qısa müddətə imzaları toplamaq fikrindədir: "Bundan sonrakı mərhələ isə təbliğat və təşviqat strategiyamızı müəyyənləşdirmək olacaq. Buradan isə 65 saylı dairə ərazisindəki bütün Qarabağ döyüşçülərinə müraciət edirəm. Hər birinizi bu seçki kampaniyasında keçmiş silahdaşınıza dəstək verəməyə çağırıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...