Büdcədən 48 müsəlman və 19 qeyri-müsəlman dini icmasına vəsait ayırıldı

Büdcədən 48 müsəlman və 19 qeyri-müsəlman dini icmasına vəsait ayırıldı


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırıb.

Komitədən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, komitədə dini icma rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı prezidentin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsini nəzərdə tutan sərəncamının əhəmiyyətindən danışıb. O qeyd edib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrinin və milli-mənəvi dəyərlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır. İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib.

Tədbirin sonunda dini icma sədrləri çıxış edərək bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 67 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 48-i isə İslam dini icmalarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...