Jurnalist Mahal İsmayıloğlu vəfat etdi

 Jurnalist Mahal İsmayıloğlu vəfat etdi


Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib. AzVision.az xəbər verir ki, M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...