Bakı artıq dünyada yaşamalı şəhərlər arasındadır

Bakı artıq dünyada yaşamalı şəhərlər arasındadır


Melburn dünyada ən yaşamalı şəhərdir. «Economist Intelligence Unit»in dünyanın 140 şəhəri arasında apardığı dəyərləndirmə bunu deməyə əsas verir. Avstraliyanın Melburn şəhərindən sonra Avstriya paytaxtı Vyana, Kanadanın Vankuver şəhəri gəlir.

İlk üç şəhər dəyişməz qalsa da, son bir ildə bir sıra şəhərlərin yaşam balında dəyişikliklər olub. Məsələn, Azərbaycan paytaxtı Bakı 140 şəhər arasında 103-cü yerdədir, orta balı isə 62-dir. Bakı son 5 il ərzində 1.6 bal irəliləyib. Ümumilikdə isə, son altı ayda 140 şəhərdən 38-nin balında dəyişikliklər baş verib. Dəyişikliklərdən çoxu mənfi istiqamətdədir, bu da bir sıra şəhərlərdə sabitliyin pozulmasıyla bağlıdır. Belə ki, Ukrayna münaqişəsi səbəbindən Kiyevin indeksi son 5 ildə -25.8 vahid geriləyib. Kiyev 43 balla 132-ci yerdədir.

Dünyada yaşamağa ən pis şəhərlər Tripoli (Liviya), Laqos (Nigeriya), Port-Morsbi (Papua-Yeni Qvineya), Dəkkə (Banqladeş) və Dəməşqdir (Suriya).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...