“Facebook” yeni layihəsi ilə pulsuz internet xidməti göstərəcək

“Facebook” yeni layihəsi ilə pulsuz internet xidməti göstərəcək


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ötən həftə açıqladığı hesabatda günlük kompüter istifadəçilərinin sayının 968 milyon, günlük mobil istifadəçilərinin sayının isə 844 milyon olduğunu bildirib. Mobil istifadəçilərin hər ötən gün daha da artdığı vurğulanıb. Mobil istifadəni daha da asanlaşdırmağa çalışan və bunun üçün video sistemini də inkişaf etdirən “Facebook” bütün dünyaya pulsuz internet xidməti göstərməyi də hədəfləyir.

“Facebook”un qurucusu Mark Zukerberq internet.org adlı yeni layihəsi ilə dünyanın internetdən istifadə etməsini asanlaşdırmağa çalışır. Dünya əhalisinin üçdə biri (2.7 milyard nəfər) internetdən istifadə edir. Layihənin hədəfi isə bunu 5 milyarda çatdırmaqdır.
“Facebook” həmçinin “qeydlər” (notes) bölməsini də dəyişib. Bu bölmə artıq blog kimi istifadə oluna biləcək. Qeyd edək ki, “qeydlər” bölümü istifadəçilər arasında rəğbət görmədiyi üçün belə bir dəyişiklik edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...