Kənan Hacı: “Qaraciyər böyüyüb, öd kisəmdə çöküntü var”

Kənan Hacı: “Qaraciyər böyüyüb, öd kisəmdə çöküntü var”


“USM göstərdi ki, qara ciyər böyüyüb, öd kisəmdə çöküntü var və buna görə mədəaltı vəzi görünmür”. Bu sözləri Kulisə açıqlamasında tanınmış yazar Kənan Hacı deyib.

Yazıçı bu gün 1 saylı Şəhər Kliniki Xəstəxanasında müayinədən keçib: “Sabah qan analizlərinin nəticələrindən asılı olaraq onlar qərar verəcəklər. Artıq Səhiyyə Nazirliyi bu işi nəzarətə götürüb. Orda da mənə qarşı çox diqqətli idilər. Dəyərli yazıçımız Kamal Abdulla və dəyərli millət vəkilimiz Qənirə xanım Paşayeva çox səy göstərdilər. Həmkarlarıma, dostlara da təşəkkür edirəm. Bu neçə gün ərzində məni tək qoymadılar.

Xatırladaq ki, yazıçı Kənana Hacı səkkiz ildən çoxdur ki, Hepatit C virusundan əziyyət çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...