Azercell yerli startaplar üçün dünya bazarına yol açır

Azercell yerli startaplar üçün dünya bazarına yol açır


Şirkətin partnyorluğu ilə Seedstars World müsabiqəsi keçiriləcək

7-12 avqust tarixlərində Bakıda azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçiriləcək. Seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar.


Seedstars World - inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2015-ci ildə iştirakçı ölkələrin sayı 50-yə çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər. MEST, Google for Entrepreneurs və Microsoft kimi tərəfdaşları olan Seedstars World yenilikçi startaplara platforma təqdim etməklə yanaşı, həm də regional biznesi dəstəkləyir.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom MMC bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.
Ölkəmizdə avqustun 7-də başlayacaq Ümumdünya Startap Müsabiqəsinin yerli seçimləri Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatı dəstəyi ilə keçirilir. Qaliblər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanacaq.
Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.
Müsabiqədə iştirak etmək istəyən hər kəs aşağıdakı link vasitəsilə 7 avqust tarixinədək qeydiyyatdan keçə bilər:
http://www.seedstarsworld.com/event/seedstars-baku-2015/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...