“Cənab Kərimli itlərini ayağına bağla”- Ruslan Bəşirli

“Cənab Kərimli itlərini ayağına bağla”-


GUNDEMİNFO.AZ xəbər verir ki, sabiq cəbhəçi,uzun müddət həbsdə yatan və azadlığa çıxdıqdan sonra QHT sektoruna və ordan da mediaya gələrək "Avropa.info” saytı yaradan Ruslan Bəşirli facebook.com səhifəsində Əli Kərimlini sözün əsil mənasında "Yaş yuyub-quru sərib”. Ruslan Bəşirli AXCP sədrinin ağır fikrlər dolu mesajın təqdim edirik.


"Əli Kərimli növbəti dəfə manqurtlarına məni söymək təlimatı verib. Dünəndən facedə məni təhqir edirlər. Mən fikirləşirəm ki, doğrudanmı bu adamların içində bir ağıllısı yoxdur ki, bunlara desin, etməyin, eləməyin. Son xəbərdarlığımdır. Cənab Kərimli itlərini ayağına bağla, bilirəm ki, indi məni təhqir edənlər bunu sənin icazən olmadan etmirlər. Nə mənim başımı ağrıt, nə də öz başını. Tərəfdarlarının bir çoxuna məni partiyana "xəyanət" edən adam kimi tanıtmısan. Mən də sadəcə sizlərdən tamamilə uzaqlaşmaq və köhnəni silmək üçün, bu ittihamlara reaksiya verməmişəm. Sənin oyunlarından xilas olduğum üçün özümü çox yaxşı hiss edirəm. Amma, məsələ söyüş həddinə çatdığı üçün, dəhşətli suallarla üzbəüz qala bilərsən. Lütfən, Məmməd İbrahim, nə bilim Nihad Hüseyn kimi gədələrinə təlimat verməyi dayandır. BU son xəbərdarlıqdır!.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...