"Azərbaycan ərazisi 100%-li 3G örtüyünə malik olan 40 ölkə sırasındadır"
Azərbaycandan rabitə və yüksək texnologiyalar sektorunda gəlirlər 12% artım ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir.
"APA-Economics" xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Ə Abbasovun Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin uyğun dövrünə nisbətdə təxminən 6% artıb.
Onun sözlərinə görə, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.
"Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət verilmişdir. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunmuş və beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilmişdir. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75%, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65%-dir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər", - deyə Ə. Abbasov bildirib.
1243 dəfə oxundu