Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”

Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”


“Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.

N. Məhərrəmli qeyd edib ki, “Space” televiziyasının rəhbərliyi onlara tutulan iradla bağlı üzərlərinə düşən işi görüblər: “Bu özü müsbət bir haldır. Bəzi adamlar işdən uzaqlaşdırılıb, bəzilərinə isə töhmət verilib. Ümumiyyətlə, kanalın reaksiyası normal olanda, bizim də reaksiyamız normal olur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...