Hakerlər Amerika ordusunun saytını da dağıtdı

Hakerlər Amerika ordusunun saytını da dağıtdı

ABŞ-ın Quru Qoşunlarının saytı naməlum hakerlərin hücumuna məruz qalıb, resurs müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Pentaqon resursda heç bir məxfi məlumatın saxlanmadığını və onun yalnız orduda xidmətin təbliğ olunmasına yonəldiyini bildirib. Amerikalı hərbçilər sayta hücumla bağlı məsuliyyəti “Suriya elektron ordusu”nun öz üzərinə götürdüyünü qeyd ediblər. Bir qədər əvvəl suriyalı hakerlər The New York Times, The Guardian, The he Washington Post qəzetlərinin, The Associated Press agentliyinin kompüter şəbəkələrini, həmçinin müxtəlif informasiya telekanallarının səhifələrini də dağıtmışdılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...