Məhkəmə Trampın Harvard qadağasını aradan qaldırdı

Məhkəmə Trampın Harvard qadağasını aradan qaldırdı
ABŞ-ın Boston federal məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələrin qəbuluna qoyduğu qadağanı dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.

ABŞ-ın dairə hakimi Ellison Berrouz keçən həftə verdiyi müvəqqəti fasiləni uzadacağını deyib. Onun sözlərinə görə, hər iki tərəfin vəkillərinin rəyi əsasında yeni əmr veriləcək:

"Qadağanın dayandırılması müddətinin uzadılması bura gəlməkdən narahat olan xarici tələbələrə müəyyən müdafiə imkanını təmin edəcək".

Mayın 25-də Tramp Harvard Universitetinin xarici tələbələri haqqında məlumat verməli olduğunu deyib. Bundan əlavə, Amerika lideri Harvardın ABŞ hökumətindən maliyyə tələb etməyi dayandırmalı olduğunu deyib. Onun sözlərinə görə, universitetin sərəncamında 52 milyon dollar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...