Türkiyəli jurnalistlərin İrəvana səfər xərclərini Ermənistan ödəyib -

Türkiyəli jurnalistlərin İrəvana səfər xərclərini Ermənistan ödəyib -
Türkiyə mediasının nümayəndələri Ermənistan tərəfinin təşəbbüsü və Ermənistanın dövlət büdcəsi hesabına baş nazir Nikol Paşinyanla müsahibə aparmaq üçün İrəvana gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə tert.am-a müsahibəsində İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan bildirib.

O, Türkiyənin 10 KİV nümayəndəsinin Ermənistana gəldiyini deyib.

“Bizim təşəbbüsümüz, məqsədimiz Ermənistanın regionda sabit sülhün bərqərar olması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə təqdim etməkdir”, – deyə Tsarukyan bildirib.

O, təşəbbüsün nə demək olduğu və müraciətin necə edildiyi ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib: “Təşəbbüs İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzindən gəlib. Ən nüfuzlu media orqanlarını tapmağa çalışdıq, redaksiyalarla əlaqə saxladıq, onlar da müvafiq jurnalistləri göndərdilər. Səfər zamanı media nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslər, eləcə də ekspert birliyinin üzvləri ilə müsahibələr və müzakirələr aparıblar”.

“Türkiyə mediasının nümayəndələri Ermənistanın dövlət büdcəsi hesabına buraya gəliblər və üç gün burada qalacaqlar, sabah geri dönəcəklər”, deyə o yekunlaşdırıb.

Xatırladaq ki, ötən gün Paşinyan Türkiyə mediasının nümayəndələri ilə görüşündən videogörüntülər yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...