Həkimdən XƏBƏRDARLIQ: Körpəsinə süd verməyən analar döş xərçənginə tutulurlar?
Qadın xəstəliklərində ən çox rast gəlinən döş xərçəngidir. Sön 3 ildə ilk dəfə bu diaqnozun qoyulduğu qadınların sayında da demək olar ki, dəyişiklik yoxdur. Rəqəmlər yüksək olmağa davam edir. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 2523 nəfər qadına süd vəzisində bədxassəli yenitörəmə diaqnozu qoyulub.
Döş xərçəngi nədən yaranır?
Onkoloq-mammoloq Afət Cəbrayılova Bizim.Media-ya qadınlarda döş xərçənginin yaranması səbəblərindən danışıb. O, qeyd edib ki, döş xərçənginin yaranmasının ən böyük səbəbi qidalanmadır:
“Qeyri-sağlam qidalanma, karbohidratlardan çox istifadə, heyvan mənşəli yağlarla qidalanma süd vəzisində bədxassəli şişin yaranmasını tətikləyir. Bu genetik də ola bilər, ailədə süd vəzi şişinin olması risk artıran amillərdir. Döş xərçəngi adətən 50 yaşdan sonra yaranır”.
Süni mayalanma, süd verməmək...
“Hormonal preparatların qəbulu, həmçinin süni mayalanma alan pasiyentlərdə döş xərçənginin yaranması riski daha çoxdur. Bunlardan başqa, süd verməmək, heç hamilə olmamaq da döş xərçəngi üçün zəmin yaradır. Qadınlarda menopozun gec başlaması da sadalanan səbəblərdən biridir”,- deyə onkoloq qeyd edib.
Qadınlarda xərçəngə daha çox rast gəlinir...
Qeyd edək ki, Azərbaycanda 2023-cü ildə açıqlanan statistikaya görə, bədxassəli şiş qadınlarda daha çoxdur. Belə ki, həmin ildə 7224 nəfər qadına ilk dəfə bədxassəli şişlərlə xəstələnməsi barədə diaqnoz qoyulub. Kişilərdə isə bu rəqəm 6442 nəfəri əhatə edib.
189 dəfə oxundu