İcra başçısının sədrliyi ilə geniş tərkibdə aparat müşavirəsi keçirilib

İcra başçısının sədrliyi ilə geniş tərkibdə aparat müşavirəsi keçirilib

Noyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən onlayn müşavirədə verilən tapşırıq və tövsiyyələrin icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə geniş tərkibdə Aparat müşavirəsi keçirilib.
Aparat müşavirəsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ Regional Memarlıq və Səhərsalma Baş İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin nümayəndələri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssissə və təkilat rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri tədbir iştirakçılarına noyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən onlayn müşavirədə müzakirə edilən məsələlər və verilən tapşırıqlar barədə məlumat verdikdən sonra, bildirib ki, rayonda özbaşına aparılan tikinti işlərinin aşkarlanması məqsədi ilə rayon icra hakimiyyətinin əməkdaşlarından təyin edilmiş məsul şəxslər yerli icra nümayəndələri ilə birlikdə mütəmadi olaraq ərazilərdə monitorinqlər aparmalı, aşkar olunmuş qanunsuz tikintilərin dərhal dayandırılmasını, eləcədə kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsi və sakinlərin ümumi istifadəsində olan örüş torpaqlarının əkilməsinə icazə verilməməsi, bu sahədə yol verilmiş nöqsanlar vaxtında aşkara çıxarılaraq tədbir görülməsini təmin etməlidirlər.
Müşavirədə həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icra vəziyyəti, təsərrüfatbaşına kitablarda dürüstləşmə işlərinin aparılması, rayon icra hakimiyyətinə daxil olmuş ərizə və şikayətlərə, eləcə də vətəndaş qəbullarında qaldırılan məsələlərə baxılması, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, rayonun bütün yaşayış məntəqələrində səyyar vətəndaş qəbullarının keçirilməsinin təşkili vəziyyəti, ərazilərin məişət tullantılarından təmizlənməsi işlərinin yerinə yetirilməsi və digər məsələlər də müzakirə edilib.
Müzakirələrdə rayon icra hakimiyyəti başçısının birinci müavin Elvin Umudov, Qarabağ Regional Memarlıq və Səhərsalma Baş İdarəsinin Nəzarət şöbəsinin əməkdaşı Siyavuş Alışov, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin Torpaqların İdarəedilməsi və İstifadəsinə nəzarət sektorunun müdiri Natiq Əliyev, rayon Statistika idarəsinin müdiri Ədalət Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev, icra nümayəndələri və bələdiyyə sədrləri də çıxış ediblər.
Müzakirə edilən məsələlər barədə rayon icra hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurumlara tapşırıq və tövsiyyələr verilib. İşində nöqsanlara yol vermiş bir qrup inzibati ərazi dairəsi üzrə nümayəndələr barəsində intizam tənbeh tədbirləri görülüb.

İcra başçısının sədrliyi ilə geniş tərkibdə aparat müşavirəsi keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...