Akif Əli: "Məmurun jurnalisti məhkəmə vasitəsilə cəzalandırmaq istəyi mətbuata dözümsüzlüyün göstəricisidir"
“Azərbaycanda axırıncı dəfə jurnalistə təzyiq göstərən, tribunadan Nəcəf Nəcəfovu prokurorla, məhkəmə ilə hədələyən ölkə rəhbəri – Əbdürrəhman Vəzirov olub. Sonrakı dövrlərdə heç bir dövlət başçısı, xüsusən ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev jurnalistlərin dostu olaraq onlara hər hansı təzyiqin göstərilməsinə imkan verməyib, daima müdafiə ediblər”. Konkret.az xəbər verir ki, bunu yazıçı-publisist, Əməkdar jurnalist Akif Əli “Konkret.az” saytının baş redaktoru Fadil Paşayevi Şamaxı rayon İH-in şöbə müdiri Mərdan Nəhmətovun məhkəməyə verməsinə münasibət bildirərkən deyib.
O, müxbiri rayonla bağlı araşdırma yazısına görə sıravi əyalət məmurunun məhkəmə vasitəsilə cəzalandırmaq istəyini, üstəlik, kobudluqla hədələməsini kəskin pisləyib: “Tanınmış və istedadlı jurnalist Fadil Paşayevin yüksək səviyyəli dövlət tədbirlərinin işıqlandırılmasında göstərdiyi peşəkarlığa görə fəaliyyəti həmişə təqdir olunub. Uzun illər rəsmi mətbuatda və KİV-də uğurla çalışan, qəti dövlətçilik mövqeyindən çıxış edən, son illər isə nüfuzlu müstəqil media orqanına bacarıqla rəhbərlik edən Fadil Paşayev ölkədə azad sözün, demokratik medianın inkişafına vicdanla xidmət edən jurnalistlərdəndir.
Ancaq araşdırma yazısına görə sıravi əyalət məmurunun onu məhkəmə vasitəsilə cəzalandırmaq istəyi, üstəlik, kobudluqla hədələməsi təəssüf doğurur. İH nümayəndəsinin bu davranışı təkcə məmurun vəzifə səlahiyyətlərini və dövlət qulluqçusunun etik davranış normasını aşması deyil, həm də azad sözə, müstəqil mətbuata və cəmiyyətdə bərqərar olan demokartik mühitə dözümsüzlüyünün göstəricisidir.
Əminəm ki, hörmətli məhkəmə və məhkəmənin hakimi işə baxarkən bütün bu məqamları nəzərə alacaqdır”. Xatırladaq ki, ötən ay Şamaxı rayon sakinlərinin şikayət və müraciətləri əsasında “Konkret.az”ın Araşdırma qrupu rayona ezam olunub. Problemlər yerində araşdırılaraq, saytda silsilə tənqidi yazılar dərc edilib. Müraciətlərin araşdırılması zamanı Şamaxı rayon İH-ə redaksiya tərəfindən ünvanlanan sorğu və zənglərə rəsmi cavab verilməyib. Əvəzində saytın rəhbəri Fadil Paşayevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb.
1273 dəfə oxundu