1 milyondan çox vergi borcu var. Bu şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb
Dövlətə külli miqdarda vergi borcu olan "AZƏRMAŞ Group" MMC may ayında ümumi dyəri 160 min manatdan çox olan 3 tender müqaviləsinş imza atıb.
32gun.az-ın əldə etdiyi məlumata görə şirkətin hazırki vergi borcu 1280095.48 Azn təşkil edir.
Radio Televiziya yayımı və Peyk Rabitəsi İB ilə "Azərmaş Group" MMC arasında mayın əvvəlində dəyəri 38.800 AZN olan "İki sıralı kabinli, yük və şərnişin daşıma tipli nəqliyyat vasitəsinin satın alınması" ilə bağlı müqavilə imzalanıb.
Daha sonra İqtisadi Zonaların İnkişafı Agentliyi borclu şirkətlə İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 3 ədəd Lada Niva markalı xidməti minik avtomobillərinin satın alınmasına görə Məbləği 58.500 AZN olan müqaviləyə imza atıb.
Sonuncu dəfə isə Zakir Fərəcovun başçısı olduğu Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə MMC arasında "1 (bir) ədəd Chevrolet Malibu və 1 (bir) ədəd Lada Niva markalı yerli istehsal olan minik avtomobillərinin satın alınması"na görə Məbləğ:i 66.500 AZN olan müqavilə imzalanıb.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərmaş” ASC-nin törəmə şirkəti olan “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb.
Nizamnanə kapitalı 3000010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfail oğludur.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
310 dəfə oxundu