Naxçıvan Nümayəndəliyi sabiq nazir və deputatın şirkətləri ilə müqavilə imzaladı
Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyi tender müsabiqəsi keçirmədən 2 şirkət – “İmprotex Motors” MMM (VÖEN – 1400064731) və “Cahan Motors” MMC (VÖEN – 0200259091) ilə satınalama müqavilələri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb.
Qeyd edək ki, nümayəndəlik nəqliyyat vasitələrinin təmiri üçün “İmprotex Motors”a 6 000 manat, “Cahan Motors”a isə 4 000 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMM 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 325 manat olan şirkətin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.
“Opel” markalı avtomobillərin Azərbaycandakı rəsmi distribütoru olan “Cahan Motors” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Axundov Adil Nadir oğludur. “Cahan Motors” MMC “Cahan Holdinq” şirkətlər qrupuna bağlıdır. Şirkətlər qrupunun rəhbəri Vüqar Abbasov ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvləri arasında biznes əlaqələri və yaxın münasibətlər olub. “Cahan Holdinq” şirkətlər qrupunun prezidenti Vüqar Abbasov hazırda Naxçıvan Ali Məclisinin deputatıdır.
544 dəfə oxundu