Rüfət Hacıyevin döydüyü şagirdin müəllimi danışdı: “Hələ də şokdayıq…” – VİDEO

Rüfət Hacıyevin döydüyü şagirdin müəllimi danışdı:
İki gün öncə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Şagirdin valideyni hadisədən sonra DİN-nin 102 çağrı mərkəzinə müraciət edərək şikayət edib.

GUNDEMİNFO.AZ xəbər verir ki, “7Times.az” Rüfət Hacıyev tərəfindən döyülən şagird Nizam Mirzəyevin sinif rəhbəri Zenfira Hüseynova ilə əlaqə saxlayaraq ondan baş verən hadisə barədə münasibət öyrənib. O, vəziyyətdən mütəəssir olduğunu bildirib.

“Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hadisədən bir gün öncə də məktəbdə olub. Hadisə baş verən gün isə mən başqa sinifdə dərsdə idim. Döyülən şagird Nizam Mirzəyevin oxuduğu sinifdə həmin saat fizika dərsi tədris edilirdi. Rüfət Hacıyev həmin sinifə girib və dərs prosesini izləməyə başlayıb. Müəllimənin verdiyi suala cavab verən Nizam Mirzəyevin davranışları Rüfət Hacıyevi hiddətləndirib. Nizam qismən fiziki qüsurludur. Onun danışıq üslubu da bu səbəbdəndir. Rüfət Hacıyev şagirdin bu qüsurunun fərqinə varmadan sinif otağında onu döyməyə başlayıb. Daha sonra Rüfət Hacıyev həmin şagirdi direktorun otağına gətizdirib və həmin otaqda da onu yenidən döyüb. Biz hələ də şokdayıq, gözləmirdik ki, təhsilin başında oturan adam elə hərəkət etsin”, – deyə hadisənin şahidi olan müəllim bildirib.

Qeyd edək ki, həmin məktəbin pedaqoji kollektivi 7Times.az-ı müsahibə vermək üçün məktəbə dəvət etmişdi. Bu gün səhər təhsil müəsissəsinə yollanan çəkiliş qrupumuz isə maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, məktəbin inzibati binasının daxilində polis nəfərləri, ətrafında isə polis avtomobilləri növbə çəkirdi. Çəkiliş üçün müraciət edən müəllim kollektivi isə müsahibə vermək fikrindən daşındığını bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...