“Azərenerji” ASC-nin 24 illik mütəxəssisi İŞDƏN ÇIXARILIB – Şikayətçi niyə ŞANTAJ OLUNUR?

“Azərenerji” ASC-nin 24 illik mütəxəssisi İŞDƏN ÇIXARILIB –
Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin rəhbərliyi vəzifə səhlənkarlığında ittiham olunur.

Bizim.Media-ya müraciət edən Quba rayon sakini Vüqar Babayev Xaçmaz Regional Elektrik Şəbəkəsindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir. Onun sözlərinə görə 1999-cu ildən 2023-cü ilə qədər (24 il) Xaçmaz Regional Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə, son olaraq isə baş mühəndis kimi çalışıb. Qurumda baş verən nöqsanları tənqid etdiyinə görə isə rəhbərlik tərəfindən sıxışdırılıb.

Bu azmış kimi indi də şantaj olunur:

“Gah nizam intizam qaydalarını pozduğumu əsas gətirdilər, gah da bülletendə olduğumu bəhanə edərək işdən qovulmağım üçün tələ qurdular. Sonda isə adını "ixtisar" qoyub Əmək Məcəlləsinin 70-ci maddəsi ilə məni işdən çıxartdılar. Hansı ki mənimlə barəbər ixtisara düşən Pərviz Səfərovu (Əmək Məcəlləsinin 16-cı maddəsini pozaraq) bülletenə çıxartdılar (hazirda da Xaçmaz Xəstəxanasında qanunsuz olaraq "xəstə" kimi ambulatordadır) və onun haqqında “Azərenerji”ASC-yə yeni vakant yer üçün 2 dəfə məktub göndərdilər.

Eynilə də işdən çıxarılan başqa bir xanımın da işə bərpa olunması üçün təqdimat göndərilib. Dəfələrlə Kadrlar üzrə aparıcı mütəxəsis Kamilə Eyyubova mənə deyirdi ki "neynirsən işləyib, çıx işdən yerin boşalsın, başqasını götürək sənin yerinə".

Mən deyəndə ki şikayət edəcəm Kamilə Eyyubova deyir ki, “sən kimdən kimə şikayət edirsən, Natiqin arxasında Baba müəllim dayanıb”, Rəşadın da ən yaxın adamı Milli Məclisin deputatı Vahid Əhmədovdur. Bununla onlar təxribat salaraq Baba müəllimin və Vahid Əhmədovun şəxsiyyətinə ləkə salmaq, onları hörmətdən salmaq istəyirlər. Əslində isə əminəm ki, onların bu işlərdən xəbərləri yoxdur”.

Vüqar Babayev iddia edib ki, işdən çıxarılması bir yana indi də “Azərenerji” ASC-nin İnsan Resursları Departamentinin rəhbəri Natiq Abbasov, Xaçmaz Regional Elektrik Şəbəkəsinin direktoru Rəşad Qasımov və Kadrlar üzrə aparıcı mütəxəsis Kamilə Eyyubova tərəfindən şantaj olunur:

“Kamilə xanım mənə deyir ki, şikayət etməklə heç nəyə nail ola bilməyəcəksən. Məhkəməyə versən belə, sənə kömək edən olmayacaq.Əgər mənim işdən yayınmağımı əsas gətirirlərsə, bəs bülletendə olduğunu təsdiqləyəcək tibbi göstərişləri və arayışları niyə nəzərə almırlar? Məgər səhiyyə qurumları bu sənədləri mənə yalandan verib? 24 ilin işçisi əsassız yerə işindən niyə yayınsın ki? Yaxşı, digər ixtisara düşənləri niyə başqa işə bərpa edib, mənə qərəzli mövqe tuturlar?

Bunu, necə anlayaq?

Pozulmuş hüquqlarımın bərpa olunması ilə bağlı bir çox dövlət qurumlarına müraciət etmişəm. Heç bir yerə şikayət etməyim deyə indi də mənə hədə qorxu gəlirlər. İstəyirəm ki, qanun pozuntuları araşdırılsın və həmin şəxslər barəsində ciddi tədbirlər görülsün”.

Məsələ ilə bağlı “Azərenerji” ASC-nin mətbuat katibi Teymur Abdullayev Bizim.Media-ya vətəndaşın şikayəti ilə bağlı açıqlama verib.

O, bildirib ki, Vüqar Babayevin çalışdığı izoliasiya və ifrat gərginlikdən mühafizə şöbəsi ləğv edilib və o da ixtisara düşüb:

“Başqa sahədə iş təklif edilməməsi məsələsinə gəldikdə isə əvvəla işlədiyi yerdə vakansiya olmayıb. Digər tərəfdən isə olsa belə bu şəxsin işə davamiyyəti və başqa səbəblər onunla müqaviləni uzatmamağı şərtləndirib. Bu adam son 3 ilin hər birində 275 iş gününün yarısından çoxunu işə gəlməyib. Gah bülletendə olub, gah da başqa səbələr gətirib.

Son ayda isə 3 gün ümumiyyətlə üzürsüz səbəbdən işə çıxmayıb. Ən nahayət son illərdə dəfələrlə bu adamın vətəndaşlardan texniki şərt adı ilə pul aldığı barədə hüquq mühafizə orqanlarına şikayət olunduğu barədə həm qurumlardan, həm də vətəndaşlardan “Azərenerji”yə çoxsaylı məktublar daxil olub”.

Vüqar Babayev vətəndaşlardan texniki şərt adı altında pul alması məsələsinə də aydınlıq gətirib:

“Qətiyyən belə bir şey olmayıb. Ümumiyyətlə, mən vətəndaşdan pul alıb texniki şərtin hazırlanmasına görə iş görməmişəm. Vətəndaşın sənədlərini hazırlamışam və gedib ödənişini edib. Üzrlü səbəbdən işə gəlməmişəmsə, onun da sənədini təqdim etmişəm. Xəstəliyimə inanmırlarsa, tibb müəssisəsinə müraciət edib araşdırsınlar”, - deyə şikayətçi əlavə edib.

“Azərenerji” ASC-nin 24 illik mütəxəssisi İŞDƏN ÇIXARILIB –
“Azərenerji” ASC-nin 24 illik mütəxəssisi İŞDƏN ÇIXARILIB –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...