Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ… – Tikinti fırıldağı, Çovdarrovla əlaqə və…

Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ… –
İddiaçı Əliyev Canpolad Yunis oğlu müqavilə öhdəlikləri ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırıb.

Tribunainfo.az xəbər verir ki, işə iyulun 25-də hakim Mehriban Əfəndizadə sədrlik edib. İddiaçı “Evrostroy – S.S” tikinti firması ilə bağlı iddia qaldırıb. Bu şirkət isə “Sipark” tikinti firması olaraq daha çox tanınır.

Sahibi Seymur İsayevdir. Dəfələrlə şirkətin və rəhbərinin barəsində şikayətlər olub. Təbriz küçəsində inşa edilən binanı illərdir ki, təhvil vermirlər. Vətəndaşlar məhkəmələrə üz tutur, aksiya keçirir, ittihamlar səsləndirir.

Şirkət rəhbərinin adı MTN generalı olmuş Akif Çovdarovla yaxınlıqda hallanıb. Hətta onun əli ilə şəriki Famil müğənni Şəbnəm Tovuzlunu MTN-ə apardıb, təzyiqlərə məruz qoyub. Şirkətin haqqında bir sıra ittihamlar var ki, media resurslarında rast gəlmək olar. İndi də bəlli olur ki, ayrı-ayrı şəxlər “Sipark”ı məhkəməyə verirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...