MHP rayon təşkilatının sədri partlayışı törədən qadınla telefonda danışıbmış...

MHP rayon təşkilatının sədri partlayışı törədən qadınla telefonda danışıbmış...
İstanbulda 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı ifadələri alınanlar arasında Milliyətçi Hərəkat Partiyası (MHP) Şırnak bölgəsi Güçlükonak rayonu təşkilatının sədri Mehmet Emin İlhanın da olduğu məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “T24” nəşri məlumat yayıb.
Bildirilib ki, polis İlhanın öz adına qeydiyyatda olan telefon nömrəsindən terrorçu Əhlam Əlbəşirlə 2 dəfə əlaqədə olduğunu müəyyən edib və buna görə də o, ifadə verməyə çağırılıb.
M.E.İlhan açıqlamasında ifadə verdiyini təsdiqləyib:
“Terror təşkilatı bizimlə oyun oynamağa çalışıb. Hazırda uyğun deyiləm, danışmaq istəmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...