Elçin Sadıqovun şikayəti təmin edilmədi
Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Muradovanın sədrliyi ilə vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
Yeniavaz.com xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Baş Prokurorluğun istintaq idarəsinə qarşı telefonlarımın və kompüterimin yaddaş kartının götürülməsi, açılması, məlumatların ələ keçirilməsi, telefonların və yaddaş kartının geri qaytarılmamasının qanunsuz hesab edilməsi barədə şikayətim təmin edilmədi.
Prokurorluq bildirdi ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxmayacağıq. Hakim də dərhal buna “inandı”. Qərar verdi ki, vəkil sirri zadı boş şeydir, əsas olan odur ki, prokurorluq narazı qalmasın.
Qərardan apelyasiya şikayəti verdim”, - E.Sadıqov bildirib.
Qeyd edək ki, vəkil Elçin Sadıqov bir müddət əvvəl Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub. Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
575 dəfə oxundu