"İŞİD" hər il 140 milyon dollar vergi toplayır

"İŞİD" hər il 140 milyon dollar vergi toplayır


Toplanan pul İŞİD döyüşçülərinin maaşına, şəhərlərin abadlaşdırılmasına və humanitar böhrana qarşı istifadə edir. “Financial Times” qəzeti İŞİD-in maliyyə qaynaqları ilə bağlı araşdırma aparıb. Lent.az xəbər verir ki, araşdırma bir çox maraqlı mətləblərə aydınlıq gətirib. Bəlli olub ki, İŞİD 2014-cu ildən bəri işğal etdiyi ərazilərdə “zəkat” vergisi toplamaq və qənimətlər ələ keçirməklə büdcəsini doldurub.

Terror təşkilatı vergilərdən neftdən əldə etdiyi gəlir qədər pul toplayır. Toplanan pul İŞİD döyüşçülərinin maaşına, şəhərlərin abadlaşdırılmasına və humanitar böhrana qarşı istifadə edir. Araşdırma nəticəsində məlum olub ki, İŞİD ələ keçirdiyi qənimətlərin toplandığı mərkəz yaradıb. Buraya oğurlanan pullar, ələ keçirilən qənimətlər, hərbi hissələrin ələ keçirilməsindən əldə edilən silahlar və sair daxildir. Cəbhədə döyüşən İŞİD üzvləri buraya toplanmış malları yarı qiymətinə ala bilər.

Qəzet qeyd edir ki, təkcə Mosulda tətbiq edilən vergi sistemi terror təşkilatına ildə 23 milyon dollar gəlir gətirir. Son vaxtlarda terrorçulara qarşı hərbi əməliyyatların çoxalması onların neft gəlirlərinə xeyli ziyan vurub və təşkilat vergi toplanmasına daha çox diqqət ayırır. Araşdırmada əsasən İŞİD-lə ticarət bağlantısı olan Mervan adlı tacirin fikirlərinə əsaslanıb. O bildirib ki, İŞİD-in nəzarətində olan bölgələrə daxil olan TIR-lardan böyük miqdarda vergi alınır. Sərhəd-keçid məntəqələrindən toplanan bu vergihər il İŞİD-ə təxminən 140 milyon dollar qazandırır.

Bundan başqa İŞİD-in nəzarət etdiyi bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanlardan 5-10 faiz arası vergi aldığı barəsində də məlumatlar var. Terrorçular vergidən yayınanlara qarşı çox sərt cəzalar tətbiq etdiyindən əhali tələb olunan vergidən yayınmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...