Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün həbs edildi

Azərbaycanda vəzifəli şəxs rüşvət aldığı üçün həbs edildi

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun vəzifəli şəxsi Rafiq Əzizov rüşvət almaqda ittiham edilərək həbs edilib.

GUNDEMİNFO.AZ "qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq cinayət işinin istintaqı tamamlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rafiq Əzizov 2016-cı ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə ilə işə qəbul olunub. Sözügedən Komitə 2018-ci ildə ləğv olunaraq səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...