AQTA bir neçə restoranı cərimələyib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 14-də ölkə üzrə 409 ictimai iaşə obyektində 707 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 7 ünvanında yerləşən, hüquqi şəxs “Ülvi-B” MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Binə ştq, Ə. Bayramov küçəsində yerləşən, fiziki şəxs Abbasov Mirsaleh Həbib oğluna məxsus dönər evi;
3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 74H ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət qızına məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 2, m.19 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vüqar Mirzəcan oğluna məxsus “Atlas Hotel” mehmanxanasının tərkibində restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
823 dəfə oxundu