Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO/VİDEO

Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi -

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 Noyabr - Zəfər Günündə qohumuna məxsus VAZ-2106 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə M. Rzayev sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.
Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...