Bakıda polis əməliyyatlar keçirib, daha 12 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.
Bu barədə Gundeminfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər - Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
1169 dəfə oxundu