"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub - VİDEO - FOTO

"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub -
Xəbər verdiyimiz kimi, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş verən mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub -
"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub -
"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub -

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, öldürülən 1991-ci il təvəllüdlü Natiq Ramazanov İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. O tik-tok"dan aktiv şəkildə istifadə edirmiş.

Natiq Ramazanovun müharibə zamanı çəkilən videosunu və fotolarını təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...