Qafanda ermənilərlə Rusiya vətəndaşları arasında dava

Qafanda ermənilərlə Rusiya vətəndaşları arasında dava

Qafan şəhərinin Dzorq rayonundakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında rus əsgərləri məntəqənin işçiləri ilə mübahisə edib.
Yeniavaz.com “Shamshayan”a istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakini - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.
Nəticədə A.Avanesyan başından yaralanıb. O, Qafan Tibb Mərkəzinə yerləşdirib.
Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.
Faktla bağlı Qafan Rayon Polis İdarəsinin istintaq şöbəsində materiallar hazırlanır. Müstəntiqin qərarı ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...