Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb

Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü İsmayılov Alim Yuri oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Alim İsmayılov tanışı – 9-cu sinif şagirdi, 2006-cı il təvəllüdlü Novruzov İsmayıl Ələs oğlu tərəfindən bıçaqlanıb.

İ. Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...