Azərbaycanda kişi arvadını başqası ilə tutdu - VİDEO

Azərbaycanda kişi arvadını başqası ilə tutdu -

Şəki şəhərində ər arvadını başqa kişi ilə öz evində tutub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Ev sahibi “qonağ”a hər şeyi etiraf etməyin qarşılığında ona zorakılıq göstərməyəcəyini vəd verib. O qeyd edib ki, arvadı həmin şəxslə gedə bilər:

“Türkan, istəyirsənsə, mən halalığını verirəm, qoşum səni bunun qoluna, get. Beş min manat aliment verməyə hazıram”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, videoda görünən şəxslər və yaxınları bir -birilərindən qarşılıqlı şikayət ərizələri ilə Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Hazırda Polis Şöbəsində məsələ ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...