Bakıda ağacları kəsən tikinti şirkətinə cinayət işi açılıb

Bakıda ağacları kəsən tikinti şirkətinə cinayət işi açılıb
Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacların kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...