Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş

Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş

Bir neçə gün əvvəl Kiprdə yaxalanan azərbaycanlı killerin (Rusiya vətəndaşlığı daşıyır, - red.) yəhudi milyarder Teddi Saqini öldürmək üçün göndərildiyi üzə çıxıb. virtualaz.org xəbər verir ki, bu haqda “The Times of İsrael” nəşri yazır. Bildirilir ki, milyarder ölümdən son anda qurtulub və sui-qəsd planı haqda xəbərdarlıq alan kimi Kipri tərk edib.

Teddi Saqi 1971-ci ildə Təl-Əvivdə anadan olub, İsrail əsilli kiprli biznesmendir, qismən Londonda mənzillənib. Saqi “Playtech” qumar oyunları üçün proqram təminatını işləyib hazırlayan şirkətin və Londondakı iri “Camden Market”in sahibidir. Habelə daşınmaz əmlak sferasında, elektron ödənişlər və rəqəmsal reklam biznesində də fəaliyyət göstərir. Şəxsi kapitalı 5.6 milyard dollar qiymətləndirilir. Saqi İsrailin 4 ən zəngin adamından biridir.

Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş


Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı killer sentyabrın 27-də Kiprin yunan və türk hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçərkən saxlanılmışdı. Məlum olmuşdu ki, o əlbir olduğu daha bir neçə şəxslə birlikdə saxlanılmazdan iki həftə əvvəl Rusiyadan Kiprin Larnaka aeroportuna uçub. Oradan adanın türk hissəsinə keçib, daha sonra geri qayıdıb. Bir neçə dəfə o tərəf-bu tərəfə keçdikdən sonra Kipr xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Onu izləməyə başlayıblar və növbəti dəfə adanın yunan hissəsinə keçəndə saxlayıblar. Killerin üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Kipr mənbələri onun bu ölkədə yaşayan 3 israilli biznesmeni öldürmək üçün göndərildiyini, İran xüsusi xidmət orqanları tərəfindən ələ alınmış ola biləcəyini iddia ediblər.

Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş


Lakin indi İsrail mənbələri bildirir ki, killeri göndərən İran xüsusi xidmət orqanları yox, milyarder Teddi Saqinin Rusiyada yaşayan şəriki olub. Belə ki, Saqi rusiyalı tərəfdaşına iri məbləğdə borcludur və qaytarmaq istəmədiyi bu borca görə ortağı onun qətlini sifariş verib.

Teddi Saqi ona qarşı sui-qəsd hazırlandığı haqda Kipr hakimiyyətindən məlumat alan kimi son anda ölkəni tərk edib.

Bildirilir ki, muzdlu qatil kirayə götürdüyü avtomobili Saqinin ofisinin yaxınlığında park edərkən həbs olunub. Killer milyarderi təqib etmək üçün elektrosamokatdan istifadə edib, dəfələrlə Kiprin yunan və türk hissəsi arasında gedib-gəlib.

Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş


Lakin Teddi Saqinin başçılıq etdiyi “Sagi Group” şirkəti killerin hədəfində milyarderin olduğu haqda İsrail KİV-lərinin yaydığı məlumatı təkzib edir. Və bildirir ki, söhbət “İranın planlaşdırdığı terrordan” gedir. “Bu planın qarşısını almaq mümkün olub. Hədəf Teddi Saqi yox, Kiprdə yaşayan israillilər olub. Çox təəssüf ki, korrekt olmayan informasiya bu cür asanlıqla yayılır və şəxsin imicinə zərbə vurur”,-açıqlamada deyilir.

Lakin “Walla News” portalı israr edir ki, bu sui-qəsd planının arxasında Saqinin işgüzar tərəfdaşları dayanır. Hüquq-mühafizə orqanlarındakı mənbələrin bildirdiyinə görə, Saqinin tərəfdaşları ilə bir neçə şirkətə görə münaqişəsi yaranıb və onlar biznesmenin məsələsini həll etməyi kriminal elementlərə həvalə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...