Arvadını güllələyərək öldürən polis bir gün əvvəl onu dubinka ilə döyübmüş

Arvadını güllələyərək öldürən polis bir gün əvvəl onu dubinka ilə döyübmüş
"İsmayıl Məmmədov bacımı qətlə yetirməmişdən bir gün əvvəl onu üzərində olan polis dubinkası ilə döymüşdü".

Bunu "Report"un Şimal-qərb bürosuna açıqlamasında polis həyat yoldaşı tərəfindən güllələnərək öldürülən Xanım Məmmədovanın qardaşı Aqil Əliyev deyib.

O bildirib ki, ailəli olduqları 8 il ərzində X.Məmmədova dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb: "Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olub və ailə qurublar. Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq, deyirdik körpə övladların var, bəs onların sonrakı taleyi necə olacaq!? Bacım bir neçə dəfə uşaqlarını da götürərək evdən qaçaraq Bakıda yaşayan qardaşımın evinə sığınmışdı.

Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzr istəmişdi və bir daha belə halın təkrarlanmayacağına söz vermişdi. Bundan sonra barışmışdılar".
Arvadını güllələyərək öldürən polis bir gün əvvəl onu dubinka ilə döyübmüş
Arvadını güllələyərək öldürən polis bir gün əvvəl onu dubinka ilə döyübmüş


A.Əliyev söyləyib ki, bacısı dəfələrlə əri tərəfindən döyülsə də polisə şikayət etməyib: "Lakin sonuncu dəfə bacımı xidməti dubinka ilə möhkəm döyüb. Bacım da uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə gedib. Bundan xəbər tutan İsmayıl Məmmədov da arvadının arxasınca Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib və orada Xanıma hücum edib. Bunu görən polis əməkdaşları onu sakitləşdirib və şöbənin həyətindən çölə çıxarıblar. İsmayıl daha sonra sakitləşdiyini və uşaqlarını görmək istədiyini deyərək yenidən şöbəyə daxil olub. Elə hadisə də bundan sonra baş verib. İki azyaşlı körpəsinin gözləri önündə bacımı güllələyərək qətlə yetirib".

A.Əliyev əlavə edib ki, bacısının iki azyaşlı körpəsi hazırda onların yanındadır.

Qeyd edək ki, həyat yoldaşı tərəfindən qətlə yetirilən Xanım Məmmədova əslən Qax rayonunun Cəlayir kəndindəndir. Onun meyiti bu gün Qax rayonuna gətiriləcək və ailəsinin istəyi ilə bir gün evdə saxlanıldıqdan sonra sabah səhər saatlarında Cəlayir kənd qəbiristanlığında dəfn ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...