DİN: Xəzərin sahilində qaz kəmərlərini kəsmək istəyən şəxslər tutulub - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, müvafiq dövlət orqanlarından idarəyə daxil olan müraciətdə Xəzər rayonu Zirə qəsəbəsində dənizin sahilində istismarı dayandırılmış qaz kəmərlərinin naməlum şəxslər tərəfindən kəsilməyə cəhd edildiyi bildirilib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya verərək dəmir boruları ələ keçirmək istəyən paytaxt sakinləri Zahid Zeynalov və Mahmudalı Bayramovu saxlayıblar.
Araşdırma zamanı müəyyən edilib ki, onlar boruları satmaq məqsədi ilə kəsmək istəyiblər. Müvafiq mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən məlum olub ki, həmin kəmərlərin istismarı dayandırılsa da borularda müəyyən miqdarda qaz olub. Əgər polislər tərəfindən hadisənin qarşısı vaxtında alınmasaydı orada insan təlafatı ilə nəticələnən güclü partlayış ola bilərdi.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirir. Həyata keçirilən növbəti əməliyyat zamanı Xəzər dəninizin Türkan qəsəbəsi sahillərində paytaxt sakinləri Elman Nəsirov, Vüsal Əzizov və Mövla Dövlətova məxsus mühərriklə təchiz edilmiş qayıq saxlanılıb.
Qayığa baxış zamanı dənizin dibi ilə çəkilən xüsusi əhəmiyyətli dövlət əmlakı hesab edilən 350 metr naqil aşkar edilib. Araşdırma zamanı bu şəxslərin balıq tutmaq adı ilə müvafiq dövlət orqanlarından icazə və kvota aldıqları amma dənizə çıxandan sonra həmin naqilləri oğurladıqları müəyyən edilib. Bu şəxslərə məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı xətləri oğurlamaq olduğunu deməyə əsas verir.
Sualtı naqilləri oğurlanmaqda şübhəli bilinən bu şəxslər əvvəllər də balıq tutumaq adı ilə dənizə çıxıb naqil oğurladıqları üçün su polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər və bu barədə digər dövlət orqanları məlumatlandırılıblar. Onlar bu dəfə də balıq tutma icazəsi ilə naqilləri oğurladıqları üçün polislər tərəfindən yenidən saxlanılıblar.
Hazırda həmin şəxslər barəsində araşdırmalar davam etdirilir. Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı isə Neftçala rayonu Kür çayında yerləşən adalardan birində narkotik tərkibli çətənə kolları aşkar edilib. Adaya baxış zamanı ümumi çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkar edilərək götürülüb və məhv edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Ağstafa rayonunda keçirdikləri növbəti tədbir zamanı isə elektrik cərəyanını artıran cihazlardan istifadə etməklə qanunsuz balıq ovlamaqla məşğul olan rayon sakini İsmayıl Tatarov saxlanılıb. Ona məxsus qayığa baxış zamanı balıq ovlamaq üçün istifadə etdiyi elektrik avadanlıqları, qanunsuz ovladığı müxtəlif növ balıq və digər balıqovlama alətləri aşkar olunaraq götürülüb.
Bu şəxslə profilaktik söhbət aparılan zaman polislər tərəfindən ona izah edilib ki, elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq onun öz həyatı üçün ciddi təhlükə yaradır. Həmçinin, vətəndaşlarımız da bilməlidirlər ki, bu üsulla tutulan balığı istehlak etmək insan orqanizmi üçün olduqca ziyanlıdır.
Su Polisləri tərəfindən Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıqla ölkəyə müxtəlif təyinatlı məhsulların, həmçinin narkotik vasitələrin gətirilməsini həyata keçirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Neftçala, Lənkəran, Xaçmaz rayonlarında idarənin inzibati ərazisinə daxil olan ərazilərdə, həmçinin Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
929 dəfə oxundu