"Azərişıq" ilə Masazırdakı qalmaqallı tikinti şirkəti arasında məhkəmə çəkişməsi davam edir

"Azərişıq" ilə Masazırdakı qalmaqallı tikinti şirkəti arasında məhkəmə çəkişməsi davam edir

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məşhur tikinti şirkətinə - “İlin Dörd Fəsli” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasına bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Yeniavaz.com xəbər verir ki, “Azərişıq” ASC-nin iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Vüsalə Baxışova tərəfindən baxılacaq.
Qeyd edək ki, “Azərişıq” bu ilin fevral ayında “İlin Dörd Fəsli” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində də məhkəmə iddiası qaldırmışdı.
Məlumat üçün bildirək ki, “İlin Dörd Fəsli” MMC tərəfindən inşa olunan böyük yaşayış komplekslərindən biri Masazır qəzəbəsində yerləşən "Yeni Baki" Yaşayış Kompleksidir. Bu yaşayış kompleksilə bağlı problemlər son illər dəfələrlə gündəmə gəlib. "Yeni Baki" Yaşayış Kompleksində yaşayan sakinlərin əsas narazıllıqlarından biri də elektrik enerjisinin verilməsi xidmətlərilə bağlı olub.
Onu da bildirək ki, 2019-cu ildə "Yeni Baki" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifovun iş yerində odlu silahdan atəş açaraq 3 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsilə də gündəmə gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...