Goranboyda şəhid atası qudasını nəyə görə öldürüb? – Qətlin ağlasığımaz təfərrüatları

Goranboyda şəhid atası qudasını nəyə görə öldürüb? –
Ötən gün Goranboy rayonunda Buzluq kənd sakini, Vətən müharibəsi şəhidi gizir Vüsal Nağıyevin atası 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin idarə etdiyi “VAZ 2121” markalı avtomobillə qudası, 1966-cı il təvəllüdlü Qasımov Fərrux Əliş oğlunu vurub öldürüb.

Publika.az hadisənin bəzi təfərrüatlarını öyrənib.

Sayta danışan Fərrux Qasımovun yaxın qohumu Ədalət Qasımov bildirib ki, qətl şəhid Vüsal Nağıyevin onun adına verilən küçədə yerləşdiriləcək plakatına görə törədilib:

“Fərruxun şəhid kürəkəninə Goranboyda küçə adı verildi. O da yeznəsi üçün həmin küçədə yerləşdirmək məqsədilə plakat hazırlatdırırmış. Fərrux Vüsalın plakatını küçənin giriş hissəsində qoymaq istəyib. Əmiraslan isə deyib ki, sən mənim oğlum üçün plakat hazırlatdıra bilməzsən. Şəhidin atası Fərruxa posteri düzəltməməsini təkid edib. Fərrux isə bunun səbəbini soruşub. Bildirib ki, bunu Vüsalın həyat yoldaşı, qızım istəyib, mən də düzəltdirirəm. Belə olduqda isə aralarında münaqişə yaranıb, Əmiraslan qudasını vurub.

Sonra isə Fərrux yolla evə getdiyi yerdə Əmiraslan arxadan onu maşınla vurub. Amma öldürmək məqsədi olmayıb. Quda idilər, yad adam deyillər. Fərruxun qızı onlarla qalmır. Hazırda şəhidin həyat yoldaşı valideynləri ilə birgə yaşayır”.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...