"Mən YAP üzvü deyiləm, heç olmaq fikrim də yoxdur, Göyüşovu da tanımıram..." - AÇIQLAMA
Son zamanlar cəmiyyətin müəyyən kütləsinin böyük maraqla izlədiyi “ film”lər ortaya çıxır. Tanınmış simaların intim görüntülərini əks etdirən videolar bir anın içindəcə sifarişli şəkildə ildırım sürətilə yayılır.
Bir həftə, 10 gün danışılır, sonra unudulur. Maraqlıdır ki, belə görüntülər, adətən, hansısa siyasi, hərbi hadisələrin baş veiyi anlarla üst-üstə düşür və həmin hadisələri kölgədə qoyur. Sanki elə buna hesablanıbmış kimi.
Çoxları deyir ki, YAP-çıların öz qoca nümayəndələrinin təmizlənməsi məqsədilə belə görüntülər ortaya çıxır. Amma bir az qəribə deyilmi? Bitə görə yorğan yandırılarmı? Kimisə sıralarından atmaq üçün o böyüklükdə partiyanın da adını biabır etmək? Bu özünə balta vurmaq kimi bir şeydir.
Problem təkcə YAP-ları əhatə etmir. QHT nümayəndələri arasında da “vətəndaş müharibəsi” gedir. Biri o birinin çılpaq görüntülərini çəkir, biri digərini korrupsiyada günahlandırır, biriləri QHT-ni başını aşağaı salıb çörək qapısı kimi görürsə, bir başqası bunu gələcəkdə böyük vəifələrə tullanmaq üçün tramplin kimi görür. Bu yolda yürüyənlərin bir-birinə badalaq gəlməsi də indi məhz bu formada aparılır. Kimisə yıxmaq lazımdırsa, ehtiyatda saxlanılan o məşum görüntülər üzə çıxarılır. Bu günlərdə sosial şəbəkədə veteranlara dəstək verən bir qrup QHT-çi qadının bir-birlərini böyük yeyintilərdə ittiham edən görüntüləri yayılır. İşin içində şəxsi motivlərin olması gün kimi aydındır.
Aktiv QHT nümayəndələrindən olan Elçin Axundzadə bizimyol.info-ya bildirib ki, QHT nümayəndələri arasında bu çəkişmənin əslində bir səbəbi var.
“Bu ilin aprel ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb. Əvvəllər əlində böyük imkanlar toplamış və özünə məxsus qruplara xüsusi imtiyazlar vermiş Əli Həsənovun əli bu işlərdən uzaqlaşdırılandan sonra agentlik ayrılan dövlət vəsaitinə ciddi nəzarət tərtib edib. Verilən hər qəpiyin hesabatı aparılır. Keçmişdə “harda aş orda baş” olan bir qrup şəxs var idi ki, bütün tədbirlərə də onlar aparılır, bütün layihələrə də onlar daxil edilirdilər. Əli Həsənovun komandasında olan adamlar idilər. Bu gün onların əlindən bu imkanlar alınıb. Ona görə də öz aralarında qaralama kampaniyaları aparırlar. Hər hansı bir QHT-nin daxilində də parçalanma baş verə bilir. Birini göndərirlər, fürsət keçir başqasının əlinə”,- deyə Elin Axundzadə bildirib. Bununla belə ekspert iddia edib ki, yayılan intim görüntülər xüsusi proqramlar əsasında çəkilir və şantaj xarakteri daşıyır.
“Hamısını deyə bilmərəm. Amma çox zaman bu videoların əksəriyyəti quraşdırmadır. Mənim özümün də başıma gəldi, lakin özümü itirmədim. Ailəmə bu barədə xəbər verdim, şikayət ərizəsi yazdım, əl çəkdilər. Mənə Türkiyədən tanışlıq göndərmişdilər və dəfələrlə görüntülü zəng edirdilər. Əgər tanınmış simasansa, sosial şəbəkələrdə aktivsənsə, belə adamların toruna düşmək asandır. Məqsəd pul tələb etməkdir. Hər kəsə xahiş edirəm, tanımadığınız adamı dostluğunuza qəbul etməyin. Dostluğa qəbul olunandan sonra sizin videolara baxaraq, onları montaj edirlər . Bir neçə aylar öncə, mənə bir nəfər Türkiyə bayrağı şəkli ilə dostluq göndərdi və mən dostluğu qəbul etdim, bir müddət sonra məndən pul tələb etməyə başladılar, mənə öz görüntülərim olan video göndərdilər və pul verməsəm, onları yayacaqları ilə şantaj etməyə başladılar. Elə quraşdırmışdılar ki, orda mənim üzüm görünürdü. Mən Türkiyə Prezidentinə və İstanbul ptokurorluğuna şikayət etdiyimi bildirdim. Məndən əl çəkdilər. Sonra Türkiyədən mənə verilən rəsmi cavabda deyildi ki, şantaj edərək pul almaq istəyən şəxslər roman əsilli insanlardırlar, daimi qeydiyyatları olmadığı üçün onları tapmaq asan deyil. Belə videolar xüsusi adamlar tərəfindən xüsusi qaydada hazırlanır. Diqqətlə baxılsa, montaj olduğu görünür. Mən YAP üzvü deyiləm. Heç olmaq fikrim də yoxdur. Göyüşovu da tanımıram, xüsusi simpatiyam da yoxdur. Amma öz başıma gələnlər əsasında deyə bilərəm ki, bu məsələnin şantaj olmaq ehtimalı böyükdür. Hər adamın başına gələ bilər. Ona görə hər biriniz sosial şəbəkələrdə ehtiyatlı davranın”.
Belə şantajçıların robot proqramlardan istifadə etməsi, domen ünvanının xaricdə olması cinayətkarların tapılmasını çətinləşdirir. Elə kimsə kiməsə ziyan vurmaq istəyirsə, eyni qaydadan istifadə edib başqalarının adından da rahatlıqla uararlana bilər. Məqsədimiz nə Göyüşovu müdafiə etməkdir, nə də görüntüləri yayılan digər şəxsləri. Bu işlərin arxasında məqsəd hər nə olursa, olsun, şantaj və montaj durursa, onda hər ağlından keçən hər istədiyini biabır edib cəzasız qalacağını düşünə və yeni cinayət növü yarana bilər. Kiber cinayətkarlığın yeni qolu hamı üçün qorxuludur. Hərənin əlinə bir telefon alıb özünü blogger adlandırdığı “kəllə-mayallaq” bir zamanda yaşayırıq çünki.
Bizimyol.info
1151 dəfə oxundu