Azərbaycanda polis dənizdə batan şəxsi xilas edərkən həlak oldu - FOTO

Azərbaycanda polis dənizdə batan şəxsi xilas edərkən həlak oldu -

Dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı həyatını itirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə dünyasını dəyişib.

Azərbaycanda polis dənizdə batan şəxsi xilas edərkən həlak oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...