Keçmiş məhbus müdafiə naziri təyin olundu

Keçmiş məhbus müdafiə naziri təyin olundu

"Taliban" hərəkatı Quantanamo həbsxanasının keçmiş məhbusu Əbdülqəyyum Zakiri Əfqanıstanın müdafiə naziri təyin edib.

Yenisabah.az "Əl-Cəzirə" telekanalına istinadla xəbər verir ki, Zakir "Taliban"ın əsas səhra komandirlərindən biridir.

O, ABŞ və Qərb koalisiyasının Əfqanıstanda hərbi əməliyyatları başladıqdan sonra (2001-2014) döyüşlərdə iştirak etməyə başlayıb.

Amerikalı əsgərlər Əbdülqəyyum Zakiri həbs edib Quantanamoya köçürüblər. Sərbəst buraxıldıqdan sonra o, yenidən "Taliban"a qoşulub.

Bundan əvvəl radikal hərəkat Sədr İbrahimi daxili işlər naziri təyin edib. Kəşfiyyat xidməti rəhbərinin vəzifələrini Nəcibullah yerinə yetirəcək. Bundan əlavə, ümumi və ali təhsil nazirləri və ölkə paytaxtının valisi təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...