Son dəqiqə: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi

Son dəqiqə: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi

Xaçmaz rayonunda ailə faciəsi yaşanıb

Yenisabah.az xəbər veir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra cinayətkar özünü güllələyib.

O, hadisə yerindəcə ölüb. Hazırda onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19- da Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...