DİN vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib

DİN vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib
“İctimai nəqliyyatda tibbi maskalardan istifadə edilməmə halları var”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

DİN sözçüsü vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib:

“Sürücülərin hər birinə tibbi maskadan istifadə ilə bağlı təlimatlar versinlər. Tibbi maskadan istifadə etməyənlər həmin avtobusa buraxılmasınlar. Vətəndaşlarımız isə tibbi maska istifadə etmədən avtobusa daxil olmasınlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...